Перейти к основному содержанию

02 / Prinsip

Şəffaf proses

Hər mərhələ müştəri təsdiqindən keçməlidir. Qiymət, müddət, məsuliyyət bölgüsü və dəyişiklik qaydası əvvəlcədən razılaşdırılır — heç bir sürpriz yoxdur.


Metodologiya

01

Mərhələ-mərhələ təsdiq

Hər mərhələnin (konsept, planlama, 3D, sənədləşmə, müəllif nəzarəti) sonunda müştəri imzası alınır.

02

Dəqiq vaxt cədvəli

Hər mərhələ üçün start-finish tarixləri sənədləşir. Gecikmə baş verərsə — səbəbi və yeni tarix açıq elan olunur.

03

Açıq qiymət strukturu

Dizayn xidməti, çertyojlar, müəllif nəzarəti — hər birinin ayrıca qiyməti və ödəniş ardıcıllığı.

04

Dəyişiklik registri

Layihə gedişində müştəri tələbi ilə edilən hər dəyişiklik tarix və büdcə təsirilə birlikdə yazılır.


Müştəriyə təqdim olunan sənədlər

  • Müqavilə + əlavə protokollar
  • Mərhələli ödəniş cədvəli
  • Vaxt-xətti (Gantt formatlı)
  • Dəyişiklik registri (canlı)

Niyə bu mühümdür

Çünki gizli xərc və naməlum müddət — premium dizaynın əksidir. Şəffaflıq müştəriyə doğru qərar vermək üçün vaxt və məlumat verir.

Layihə danışaq