03 / Prinsip
Texniki sənədləşmə
Dizayn icra sənədləri olmadan yarımçıqdır. Hər element üçün ölçü, material, qoşulma detalı və alternativ təqdim edilir — usta otağa girəndə heç nə şərh tələb etmir.
Metodologiya
01
İcra çertyojları
Plan, kəsik, fasad, döşəmə-tavan paylanması, işıqlandırma sxemi, elektrik və sanitariya planları — hamısı 1:50 və 1:20 miqyaslarda.
02
Detal sənədləri
Mebel, qovşaq, dekor və xüsusi həllər üçün 1:5 / 1:1 ölçü detalları.
03
Spesifikasiya cədvəli
Hər material, məmulat və avadanlığın brendi, modeli, ölçüsü, miqdarı və alternativi.
04
Texniki şərhlər
Quraşdırma ardıcıllığı, kritik nöqtələr, montaj zamanı görüləcək yoxlamalar.
Müştəriyə təqdim olunan sənədlər
- Tam icra layihəsi paketi (DWG + PDF)
- Mebel və qovşaq detal cədvəlləri
- Material spesifikasiyası
- Elektrik, sanitariya, ventilyasiya planları
Niyə bu mühümdür
Çünki obyektdə müzakirə deyil, sənəd işləyir. Texniki sənədləşmə dizaynın istənilən ustaya təhvil verilə bilməsini təmin edir.
Digər prinsiplər